Rusiya “Bayraktar” almağı düşünmür


10:15     22 Aprel 2021 21_04_22_1619064740.jpg

Rusiya Türkiyə istehsalı “Bayraktar” zərbə PUA-larını almağı planlaşdırmır.

Femida.az xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətindən (FHTƏX) məlumat verilib.

“Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir”, Xidmətin mətbuat katibi Valeriya Reşetnikova bildirib.

Qeyd edək ki, 20 apreldə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu “Habertürk”ə verdiyi açıqlamada Ukraynaya döyüş PUA-larının satılması ilə bağlı razılaşmanın Rusiyaya qarşı yönəlmədiyini söyləyib. Eyni zamanda, rəsmi Ankaranın Türkiyənin müdafiə məhsullarının Moskvaya tədarükünü müzakirə etməyə hazır olduğunu bildirib.

Açar sözlər:

Oxunub: 803