ANAMA-nın minaya düşən əməkdaşı “YAŞAT”a təşəkkür etdi - FOTO


13:32     22 Aprel 2021 2021/04/17654-1619082176_1619084499.jpg

Ağdamın işğaldan azad edilmiş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri olmuş, düşmənin basdırdığı minaya düşərək iki gözünü və bir ayağını itirən Elməddin Mirzəyev “YAŞAT” Fonduna təşəkkür edib.

E.Mirzəyev Azvision.az -a bildirib ki, yarımçıq qalmış evinin tikintisini davam etdirmək üçün “YAŞAT” Fondu ona 10 min manat yardım ayırıb.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 538