Fransalı hüquqşünaslar Ermənistanın cinayətləri ilə tanış olublar


18:45     22 Aprel 2021 21_04_22_1619106504.jpg

Aprelin 22-də fransalı hüquqşünaslar Yasin Yakuti və Eliz Arfi Gəncədə səfərdə olublar.


Femida.az xəbər verir ki, qonaqlar oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların törədildiyi əraziyə gəliblər.

Gəncə şəhər prokuroru Azad Qarayev Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verərək bildirib ki, işğalçı düşmənin silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.


Femida.az

Açar sözlər:

Oxunub: 944