Rusiyada təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb


12:46     23 Aprel 2021 2021/04/607d4bdc576a8_1619167152.png

Rusiyanın İrkutsk vilayətinin Çeremxovsk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Bildirilib ki, təyyarə rayonun Rısevo qəsəbəsi yaxınlığında yerə düşüb.

İlkin məlumata əsasən, təyyarə kustar üsulla düzəldilib. Qəzanın səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 886