DİM abituriyentlərə müraciət etdi: Sənədləri hazır saxlayın


15:52     23 Aprel 2021 2020/03/imtahan_esas_1584434587.jpg


“Əvvəlki təcrübə onu göstərirdi ki, bonus və əlavələrin hesablanması ilə bağlı müəyyən gecikmələr olurdu. Bu da tibb müəssisələrinin siyahını gec təqdim etməsi ilə bağlı idi. Elə hal olurdu ki, əlavələrin hesablanması 3-4 ay yubanırdı”.

Femida.az xəbər verir ki, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.

Qeyd olunub ki, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub: "Bu ilin yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər".

Femida.az

Açar sözlər: #dim   #imtahan  

Oxunub: 981