Səhiyyə naziri vəzifəsinin icrası bu şəxsə tapşırıldı


16:40     23 Aprel 2021 21_04_23_1619182843.jpg


Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Femida.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Femida.az

Açar sözlər: #Səhiyyə   #nazir  

Oxunub: 637