Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq
19:55 23 Aprel 2021
Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.
Femida.az xəbər verir ki, barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti monitorinqlərin nəticəsinə görə ötən gün tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb.
Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.
Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.
Oxunub: 959
Oxşar xəbərlər
- Soyuq havada avtomobilin mühərrikini necə isitməli?
- Bakıda havada toz dumanı müşahidə olunur
- Açıq havada maska taxılması məcburi ola bilər
- Daşkəsəndə gənc və yeniyetmə dumanlı havada itkin düşüb
- Bakı və Abşeronda havada tozun miqdarı sanitar normanı 4.3 dəfə keçib
- Əmək Müfəttişliyi: 41 dərəcə istidə açıq havada işlər dayandırılmalıdır - XƏBƏRDARLIQ
- Havada toz dumanı davam edir
- Havada toz dumanı müşahidə olunur
- Açıq havada toyların keçirilməsi məsələsi müzakirə olunur
- Açıq havada maska qadağası ləğv edilir