Suraxanı rayonunda yol qəzasında 25 yaşlı gənc xəsarət aldı


09:33     24 Aprel 2021 21_04_23_1619202842.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Femida.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Zığ qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Eyvazov Həmid Eldar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 1076