DTA əməkdaşları “Yaşıl Marafon” kampaniyasına qoşulub
13:28 24 Aprel 2021
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Femida.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Aprelin 24-də Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Dövlət Turizm Agentliyinin əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 750-dən artıq müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Qubadlının turizm potensialı - FOTOLAR
- AQTA və DTA ictimai iaşə obyektlərində nöqsanlar aşkarladı
- Dövlət Agentliyi Lənkəranda Destinasiya Menecmenti Təşkilatını təqdim etdi
- "Bakıda bir sıra hotellər karantin üçün istifadə olunur" - DTA sədri
- DTA vətəndaşlara xəbərdarlıq etdi
- Azərbaycanda hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb
- DTA sədrindən turizm ictimaiyyətinə MÜRACİƏT
- Sürətlə böyüyən Azərbaycan turizmi: Böyük potensial və istifadə imkanları
- Bu il Qərb ölkələrindən Azərbaycana nə qədər tuist gəlib? - Rəsmi STATİSTİKA
- Bakıda "küçə sənətçiləri"nin çıxışına icazə veriləcək