Katolikos “soyqırımı günü“ Paşinyanın yanında olmaqdan imtina etdi


14:03     24 Aprel 2021 21_04_24_1619260994.jpg


Hər il aprelin 24-də Ermənistan rəhbərliyi İrəvanın Çiçernakaberd kompleksini ziyarət edir. "Erməni soyqırımı"nı yad edən ölkə başçısı ilə bərabər bura dini lider-katolikos da gəlir.

Azvision.az xəbər verir ki, erməni katalikos bu il ənənəyə sadiqlik göstərməyib. O, abidəni ziyarət etmək üçün baş nazir Nikol Paşinyanla birgə addımlamaqdan imtina edib.

Bu gün kompleksin ərazisini ziyarət edən baş nazir Nikol Paşinyanın yanında yalnız prezident Armen Sarkisyan olub.

"Bu il katolikos Çiçernakaberdi baş nazirlə birlikdə ziyarət etmədi. O, "Rahib şeytanla birgə addımlamaz" məntiqi ilə hərəkət etdi. Burada Nikoldan imtina edən və onun istefasının tərəfdarı olan prezidentin rəsmi mərasimdə baş nazirin yanından olması da diqqət çəkdi. Bu, Armen Sarkisyanın zəifliyidir. O, abidəni tək də ziyarət edə bilərdi", - deyə erməni mediası yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 457


Oxşar xəbərlər