Putin Paşinyanla Qarabağla bağlı vəziyyəti müzakirə edib


15:07     24 Aprel 2021 21_04_24_1619263894.jpg


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Bildirilib ki, Rusiya sülhməramlılarının səyləri sayəsində regiondakı vəziyyət sabit və sakitdir”, - məlumatda deyilir.

Femida.az

Açar sözlər: #Putin   #Paşinyan   #Qarabağ  

Oxunub: 972