Stokholmda Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiya keçirilib


18:47     24 Aprel 2021 2021/04/f219421a-f5fe-3b46-887e-62ef74a140f2_850_1619275654.jpg

İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə” və “Qarabağ Kultur Cəmiyyəti” işğaldan azad edilən torpaqlarda Ermənistanın basdırdığı minaların xəritələrini Azərbaycana verməməsinə etiraz olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Açar sözlər:

Oxunub: 531