Ölkədə peyvənd olunanların SAYI AÇIQLANDI


18:50     24 Aprel 2021 2021/02/peyvend-1_1614167093.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 090 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477 575 təşkil edir.

Açar sözlər:

Oxunub: 268