Elektrik enerjisinin ixracı artıb


19:08     24 Aprel 2021 elektrik-xetleri.jpg

Yanvar-mart aylarında ölkədən 406,2 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a bildirilib ki, ixrac edilən elektrik enerjisinin dəyəri 16,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin birinci rübündə Azərbaycandan 374,6 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 17,8 milyon dollar təşkil etmişdi.

Açar sözlər:

Oxunub: 1040