Şuşada silah-sursat aşkar edilib
19:42 24 Aprel 2021
İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 11 ədəd müxtəlif növ raket qurğusu, 4 ədəd qumbaraatan, 1 ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, 4 ədəd qumbarataatan mərmisi, 32 ədəd avtomat darağı, 1 ədəd rabitə qurğusu, 19140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxunub: 980
Oxşar xəbərlər
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- Şuşada BMT-Azərbaycan tərəfdaşlığının ildönümü ilə bağlı konfrans başa çatıb
- Şuşada şəhid olan əsgər İkinci Fəxri xiyabanda dəfn olunacaq
- Şuşada iki nəfər minaya düşərək ölüb
- Şuşadakı terror hücumu Rusiya sülhməramlılarının laqeydliyinin nəticəsidir
- Şuşada dalğalanan Bayrağın günü - Klip
- Şuşada ermənilərin atıb qaçdığı 19 raket sistemi aşkarlanıb - FOTO
- Şuşada Daşaltı məscidinin təməli qoyulub
- Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək