Ərdoğan: "Terrorçularla mübarizə aparan qəhrəman ordumuzla fəxr edirəm"
20:09 24 Aprel 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün təhlükə yaradan İraqdakı PKK terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələrinin (TSK) başlatdığı mübarizə hərəkatı mərkəzi ilə əlaqə saxlayaraq hərbçilərə müraciət edib.
Türkiyə Prezidenti İraqın şimalında "Pəncə Şimşək" və "Pəncə İldırım" hərəkatlarına başlandığını bildirib.
Ərdoğan deyib ki, Türkiyənin məqsədi qonşu İraqın ərazi bütövlüyünü nəzərə almaqla ölkəsinin cənub sərhədlərindəki terrorçuları tamamilə yox etmək və təhlükəni aradan qaldırmaqdır: "Türkiyənin, İraqın, Suriyanın gələcəyində separatçı terror təşkilatlarına yer yoxdur. Regionumuza qan, göz yaşı və dağıntıdan başqa bir şey gətirməyən bu qatilləri ortadan qaldırana qədər mübarizəmizi davam etdirəcəyik", - deyə Ərdoğan əməliyyatlarda maksimum şəkildə Türkiyənin yerli və milli müdafiə sənaye məhsullarından istifadə edildiyini vurğulayıb.
Türkiyə Prezidenti deyib ki, dünəndən başlanan "Pəncə Şimşək" və "Pəncə İldırım" əməliyyatlarında sığınacaq və mağaralar atəşə tutulub və şox sayda terrorçu zərərsizləşdirilib: "Terroru məhv etmək və vətəndaşlarımızı terror bəlasından tam azad etmək qərarındayıq. Qəhrəman ordumuz və bu tarixi mübarizəni həyata keçirən ordumuzun bütün üzvləri ilə fəxr edirik", - deyə Türkiyə Prezidenti əməliyyatda iştirak edən hərbçilərlə qürur duyduğunu deyib.
Qeyd edək ki, Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı havadan və qurudan geniş miqyaslı əməliyyatlara başlayıb.
Femida.az
Oxunub: 1034
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"