Bayden ABŞ-a yaraşanı etmədi - “Soyqırımı” sözünü işlətdi


20:16     24 Aprel 2021 130411_joe_biden_ap_328.jpg

ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

Femida.az bu barədə Ağ Evin saytına istinadən məlumat verir.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 762