Bakıda qadın əri tərəfindən bıçaqlanıb


09:47     25 Aprel 2021 bicaq.jpg

Bakının Sabunçu rayonunda qadın mübahisə zəminində bıçaqlanıb.

Femida.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Hacıyeva Aygün Səddrəddin qızı əri ilə mübahisə edən zaman qarın və bədən nahiyələrindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 835