Bağdad xəstəxanasında yanğın 28 koronaviruslu xəstənin həyatına son qoyub


10:19     25 Aprel 2021 21_04_25_1619325611.jpg

Bağdadda koronavirusa yoluxanların müalicəsi üçün ayrılmış xəstəxanada yanğın baş verib.

APA yerli "Dijlah" telekanalına istinadən xəbər verir ki, hadisə zamanı 120 xəstədən 28-i ölüb, 50-dən çoxu müxtəlif dərəcədə xəsarət alıb.


Yanğına səbəb tənəffüs cihazının oksigen balonunun partlaması olub.

Ölən və yaralananların sayının arta biləcəyi istisna edilməyib.

Açar sözlər:

Oxunub: 879