Söyüşə görə 29 yaşlı oğlan öldürüldü


14:54     28 Dekabr 2015 bicaq40.jpg

Bakıda qətl törədilib.


Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsi Natiq Həşimi küçəsində 1983-cü il təvəllüdlü Bağırov Kamran Vahid oğlu tanışı, 1986-cı il təvəllüdlü Rüstəmov Cümşüd Əsədulla oğlunu bıçaqlayaraq qətlə yetirib.

K. Bağırov saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qətl söyüş üstündə törədilib. Belə ki, C.Rüstəmov məhəllədə dostlarının arasında konkret kiməsə ünvanlanmayan söyüş söyüb. Bu söz K.Bağırova pis təsir edib və məhəllə uşağı ilə mübahisə edib. Daha sonra mübahisə münaqişəyə çevrilib və 29 yaşlı Cümşüd bıçaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 1074