Sabirabadda yük avtomobili piyadanı vurub belini sındırdı


10:42     25 Aprel 2021 21_04_25_1619325986.jpg

Sabirabad rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, “QAZ-53” markalı yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü, Nağıyev Şükür Nadirxan oğlunu vurub.

Ağır xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 883