Rusiyada koronavirusdan ölənlərin sayı 108 mini ötüb


14:04     25 Aprel 2021 2020/03/koronavirus_1585572132.jpg

Rusiyada son sutka ərzində daha 8780 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

Son sutka ərzində 332 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 108 232 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Femida.az

Açar sözlər:

Oxunub: 841