Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərildi


14:13     25 Aprel 2021 2021/04/generallar5455841_1619345706.jpg

Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib.

Müdafiə Nazirliyindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar.

Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 888