Azərbaycan QHT-ləri Baydenin yanlış mövqeyi ilə bağlı bəyanat imzalayıb


15:39     25 Aprel 2021 2021/04/942890_1619351096.jpg

Ölkə QHT-ləri ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyib.

Femida.az bildirir ki, ölkənin QHT-ləri bununla bağlı bəyanat yayıb. Bəyanatda aşağıdakılar bildirilir:

"ABŞ Prezidenti Cozef Bayden dünən "1915-ci il hadisələri"nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri "soyqırım" adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni "soyqırımının" beynəlxalq səviyyədə siyasi instrumentə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə "ermənilərə qarşı soyqırım"ın tanınması barədə qərar qəbul etməyib.

Ermənilərin "soyqırım" iddiaları "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırım və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.

Əgər ABŞ dünyadakı soyqırım faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırım zamanı yüzminlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüzminlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırım aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.

Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əminamanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk".

Rauf Zeyni
Azərbaycan Milli QHT Forumu


Vüqar Əhmədov
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi


Əliməmməd Nuriyev
Konstitusiya Araşdırmalar Fondu


Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondu


Sahib Məmmədov
Vətəndaşların əmək hüquqlarını müdafiə liqası


Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutu İctimai Birliyi


Solmaz Əliyeva
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi


Rufiz Qonaqov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi


Əlisəfa Mehdiyev
Dinc Dünya Araşdırma Mərkəzi


Rəna Mirzəzadə
Gender və İnsan Hüququ Araşdırma Birliyi


Qadir İbrahimli
Güzəran Sosial araşdırmalar İctimai Birliyi


Elməddin Həsənov
İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi


Qafar Mehdiyev
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası


Mübariz Laçınov
Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi


İlqar Hüseynli
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi


Azər Qurbanəliyev
Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi


Rəfail Ağayev
"Avropa Gənclər Parlamenti - Azərbaycan" ictimai birliyi


Nərgiz Balakişiyeva
Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti


Seymur Verdizadə
Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi


Araz Aslanlı
Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi


İradə Yaqubova
ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi


Nüşabə Məmmədova
"Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi"


Vasib Sadıqov
"Dirçəliş" İqtisadi Araşdırmalar Cəmiyyəti


İlham Məmmədzadə
"Fəlsəfə Araşdırmalar" Ictimai Birliyi


Hatəm Cabbarlı
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi


Ramil İsgəndərli
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi


Fəxrəddin Həsən-zadə
"Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi


Əhməd Əlili
İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi


Azər Əliyev
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası


Şəlalə Həsənova
İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi


Səbuhi Abbasov
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi


Fuad Abbasov
"Misra" informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi


Ayaz Mirzəyev
"Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi"


Fuad Hüseynzadə
"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi


Ramiz Əliyev
"Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi


Pərviz Mirələmli
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı


Şəhla Nağıyeva
"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi


Toğrul Allahverdili
Üçüncü Sektor İctimai Birliyi


Məryəmxanım Tağıyeva-Zeynalova
"Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı"


Qurban Kərimbəyli
"Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi


Günay Vəlizadə
Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi


Fərid Şahbazlı
İslahatçı Gənclər İctimai Birliyi

Femida.az

Açar sözlər:

Oxunub: 911