Ucarda bıçaqlanma hadisəsi olub


09:12     26 Aprel 2021 bicaq.jpg

Ucarda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, gecə saatlarında rayonun Lək kənd sakini, 1993-ci il təvəllüdlü Aslan Fərman oğlu Həsənli aralarında yaranmış münaqişə zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Rövşən Vəzir oğlu Vəzirovu bıçaqlayıb.

Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan R.Vəzirov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən A.Həsənli tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 625