Bakıda yol qəzasında qadın sürücü xəsarət aldı


10:20     26 Aprel 2021 21_04_26_1619412453.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub. Hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Babayeva Gülnar Mərdan qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 802