Bakı-Sumqayıt elektrik qatarı bir həftə işləməyəcək


16:21     26 Aprel 2021 21_04_26_1619445127.jpg


Bakı-Sumqayıt elektrik qatarı bir həftə fəaliyyət göstərməyəcək.


Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarları da hərəkətdə olmayacaq:

"Dəyişikliyə əsasən, mayın 8-i və 16-sı iş günləri olduğundan, qatarlar həmin tarixdə ənənəvi qrafik üzrə hərəkət edəcək".

Femida.az

Açar sözlər:

Oxunub: 959