Müəllim olmaq istəyən 465 nəfər müsabiqədən keçib


18:54     26 Aprel 2021 2021/04/dfsdf-1619446951_1619448931.jpg

Fevralın 21-22-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, cari müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, aprelin 27-28-də onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 939