Kanadada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb


10:22     27 Aprel 2021 21_04_27_1619502440.jpg

Kanadanın Nunavut (Arktika) bölgəsində “Aerospatial 350B-2” markalı helikopter qəzaya uğrayıb.

Femida.az CBC telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər – 2 ekipaj üzvü və 1 bioloq ölüb.

Hadisə Qriffin adası ərazisində baş verib. Helikopterin Yelloynayf şəhərinin aviaşirkətinə məxsus olduğu bildirilir.

Qeyd edilib ki, əvvəlcə helikopterlə əlaqə kəsilib. Sonradan xilasetmə qüvvələri helikopterin qalıqlarını tapıb.

Həlak olanların adları açıqlanmayıb. Qəzanın səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 907