Bu gün MSK-nın iclası keçiriləcək, sədr məlum olacaq


11:46     27 Aprel 2021 21_04_27_1619506052.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, iclasda təşkilati məsələlərə baxılacaq.

Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.

Mənbənin “Report”a verdiyi məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək.

Açar sözlər:

Oxunub: 879