Bakı sakini anbarda yarımqoşqu ilə dəmir qapı arasında sıxılaraq ölüb
12:11 27 Aprel 2021
Aprelin 26-da saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən kağız üzlüyü anbarında İsrafilov İsabala Nəsib oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla mal götürmək məqsədilə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kağız üzlüyü anbarına gəlmiş Əhmədov Sərdar Səfər oğlunun yarımqoşqu ilə idarə etdiyi yük avtomobili ilə anbardan çıxarkən həmin vaxt tanışının yanına gələn 1955-ci il təvəllüdlü İsabala İsrafilovun yarımqoşqu ilə dəmir qapı arasında sıxılıb qalması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 821
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR