Türkiyə ordusu şəhidin qisasını aldı


13:14     27 Aprel 2021 irnakta-tsk-pkk-çatişmasi-şehit-haberleri-var.20150811101219.jpg

İraqın şimalındakı Metina və Avaşin-Basyan bölgələrində “Pəncə-Şimşək və “Pəncə-Yıldırım” əməliyyatları planlaşdırıldığı kimi davam edir.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Naziliyi məlumat yayıb.

Qeyd edilib ki, Avaşin-Basyan bölgəsindəki “Pəncə-Yıldırım” əməliyyatı zamanı şəhid olan qəhrəman hərbçinin qanı yerdə qalmayıb.

Türk hərbçinin hücuma məruz qaldığı ərazidə bir PKK terrorçusu zərərsizləşdirilib. Hadisə yerindən AK-47 piyada tüfəngi, RPG-7 minaatanı və iki ədəd döyüş sursatı götürülüb.

“Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq! Əməliyyatlar zamanı şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı veririk”.

Açar sözlər:

Oxunub: 850