Prezident Cəbrayılda hərbi hissənin açılışında


14:39     27 Aprel 2021 2021/04/16195-1619519381_1619520015.jpg

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak ediblər.

Femida.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Elçin Quliyev dedi: Xoş gəldiniz cənab Prezident!

Prezident İlham Əliyev: Salam.

Elçin Quliyev: Salam. Yaddaş daşı yazılmışdır gəlişiniz münasibətilə, cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə.

Məruzə edirəm ki, verdiyiniz göstərişlərin icrası üzrə işğaldan azad edilmiş ərazilərdə tikinti-təmir işlərimiz davam edir. Göstərilən ərazidə köhnədən belə bir bina qalmışdı, möhtərəm cənab Prezident, tapşırıqlarınızın icrası ilə əlaqədar 5339 kvadratmetr ərazidə hərbi hissəsi yaradılmışdır, hazırkı vəziyyət gördüyünüz kimidir.

Açar sözlər:

Oxunub: 523