Prezident Zəngilanda hava limanının təməlini qoydu
15:15 27 Aprel 2021
Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyub.
Femida.az xəbər verir ki, təməlqoyma mərasimi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində baş tutub.
Dövlət başçısı bildirib ki, Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu deyib, birinci beynəlxalq hava limanının inşasının Füzuli rayonu ərazisində uğurla davam etdiyini bildirib.
Dövlət başçısı Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara veriləcəyini qeyd edib.
Oxunub: 521
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib