Azərbaycanda koronavirusdan daha 27 nəfər vəfat edib


17:39     27 Aprel 2021 21_04_27_1619530794.jpg


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 307 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib. 27 904 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 504