Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb


09:12     28 Aprel 2021 21_04_28_1619584078.jpg

Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə metronun "Nizami" stansiyasının qarşısındakı dayanacaqda baş verib.

1999-cu il təvəllüdlü Yusif Dadaşov 65 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman nəqliyyat vasitəsi hərəkətə keçib. Bu zaman o yıxılıb. Y.Dadaşov sol ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 666