ETSN: Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib


10:35     28 Aprel 2021 21_04_28_1619588164.jpg

Vüqar Kərimov: "İşğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub"

"Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinir. Bunlardan 2200-ü, yaxud 42 faizi Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. Füzuli rayonu biomüxtəfliyin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örtülü olub".

Femida.az -ın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən, işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub: "Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar.

Təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir".

Açar sözlər:

Oxunub: 503