Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
11:23 28 Aprel 2021
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyindən Femida.az
-a bildirilib ki, Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reyd nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin mağazaların 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib edilərək hər biri 100 manat cərimə olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxunub: 863
Oxşar xəbərlər
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
- Yetkinlik yaşına çatmayanlara tütün məlumatları satan şəxslər cərimələnib
- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi təsdiqlənib
- Bakıda evlərdən silsilə oğurluqlar edən yetkinlik yaşına çatmayan şəxslər tutulub
- Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər
- Yetkinlik yaşına çatmayan şəxs ümümvətəndaş pasportu almaq üçün özü müraciət edə bilərmi?
- Yetkinlik yaşına çatmayan şəxlərə siqaret satanlar cərimələnib
- Yetkinlik yaşına çatmayanlara siqaret satan şəxslər cərimələnib
- Yetkinlik yaşına çatmayan şəxslər siqaret alanda sənəd gostərəcək