Daha bir şəhidimiz Gəncədə dəfn edildi


14:08     28 Aprel 2021 21_04_28_1619607690.jpg

Vətən müharibəsi şəhidi dəfn edilib.

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olunan və dünən nəşi tapılan Elvin Mustafayev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfin mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Xatırladaq ki, E.Mustafayev oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Femida.az

Açar sözlər:

Oxunub: 417