İstehsalatdakı bədbəxt hadisələrdə 48 nəfər ölüb


15:47     28 Aprel 2021 21_04_28_1619609253.jpg


“Ötən il ölkəmizdə istehsalatla əlaqəli 228 bədbəxt hadisə qeydə alınıb. Hadisə nəticəsində 250 nəfər zərər çəkib ki, onlardan 213-ü kişi, 37-si isə qadın olub. Zərərçəkənlərdən 202-si xəsarət alıb, 48 nəfəri isə həyatını itirib”.

Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bədbəxt hadisələr əsasən emal sənayesi, tikinti, mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı və digər sahələrdə xidmətin göstərilməsi zamanı baş verib:

“2019-cu ildə isə istehsalatla əlaqədar 247 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən illə müqayisədə 7.7 faiz çoxdur. 2019-cu illə müqayisədə ötən il bədbəxt hadisələr zamanı zərərçəkənlərin ümumi sayı 17.2, xəsarət alanların sayı 15.5, ölüm halı isə 24 faiz azalıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 384


Oxşar xəbərlər