AZAL Türkiyənin 2 şəhərinə uçuşları müvəqqəti dayandırır
16:53 28 Aprel 2021
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.
Femida.az xəbər verir ki, Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.
Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.
Buna səbəb təlabatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.
Femida.az
Oxunub: 876
Oxşar xəbərlər
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- AZAL: "Bakı-Moskva reysləri bərpa edilmir"
- AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb
- AZAL Rumıniyaya təyyarə göndərib
- AZAL Bakı-Moskva reysində uçuş marşrutunu dəyişib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- AZAL Almatıya reyslərini ləğv edir
- AZAL Moskvanın daha bir beynəlxalq hava limanına uçuşlar yerinə yetirəcək
- AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması büdcə yükünü azaldacaq