Türkiyə MN: İncirlik bazası bütün obyektləri ilə birlikdə dövlətimizin mülkiyyətidir


18:01     28 Aprel 2021 2021/04/a3c48490-008e-3074-98f6-0e0e1365b2ed_850_1619618519.jpg

"İncirlik Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi hava bazalarından biridir".

Femida.az "TRTHaber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

"İncirlik bütün obyektləri ilə birlikdə Türkiyə Respublikası dövlətinin mülkiyyətidir", - nazirlikdən qeyd olunub.

Nazirlik məsələ ilə bağlı 6 maddəlik açıqlamasında bildirib: “İncirlik bazasındakı məlum təsisatların istifadəsi Türkiyə ilə ABŞ arasında 1980-ci il martın 29-da imzalanan Müdafiə və İqtisadi Əməkdaşlıq müqaviləsinə görə davam edir. Bu müqavilə “Türkiyə Respublikası hökuməti İncirlikdəki Türk Silahlı Qüvvələri obyektlərində müştərək müdafiə tədbirlərinə qatılması üçün Birləşmiş Ştatlar hökumətinə izn verir”.

- İncirlik bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hava Qüvvələri bazalarından biridir, türk bazasıdır, üzərindəki bütün təsisatlarla birlikdə mülkiyyəti Türkiyə Respublikası dövlətinə aiddir;

- Şanlı bayrağımız 24 saat göylərdə dalğalanır və heç bir zaman enməyib;

- İncirlikdəki 10-cu Tanker Komandanlığı Əskişəhərdə yerləşən Döyüş Hava Qüvvələri komandanlığına, daha sonra Hava Qüvvələri Komandanlığına tabedir;

- 10-cu tanker komandanlığı ABŞ-dan xaricdə İspaniya, Qətər və Polşaya aiddir. Oradan təbii sabitlik üçün əməliyyatlar dəstəklənir və s".

Açar sözlər:

Oxunub: 824