Xırdalanda və Abşeronun bəzi yerlərində qaz fasilələrlə veriləcək


09:16     29 Aprel 2021 qaz1409897783.jpg

"Qaz İxrac" İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

Femida.az xəbər verir ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaz nəqli sisteminə birləşdiriləcək.

Təmir zamanı bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşviqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 580