Bakıda avtomobil gənci vuraraq ağır xəsarət yetirdi


09:45     29 Aprel 2021 21_04_29_1619667950.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Yolu keçən 1999-cu il təvəllüdlü Zülfüqarov Şəmkir İnnətulla oğlunu avtomobil vurub. Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Açar sözlər:

Oxunub: 724