Fəhlə zavodda faciəvi şəkildə öldü
10:08 29 Aprel 2021
Aprelin 28-də saat 13 radələrində Abşeron rayonu ərazisində yerləşən asfalt-beton zavodunda 1973-cü il təvəllüdlü Mövludov Cəmşid Mövlud oğlunun yük avtomobilinin altında qalaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Femida.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla Abşeron rayonunda yerləşən “14 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin asfalt-beton zavodunda fəhlə işləyən Cəmşid Mövludovun yükün boşaldılması zamanı yük avtomaşınının altında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.
Femida.az
Oxunub: 965
Oxşar xəbərlər
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Fəhlənin 12-ci mərtəbədən düşüb ölməsi ilə bağlı cinayət işinin başlanması rədd edilib
- Fəhlə iş başında öldü - Abşeronda
- Fəhlələr torpaq altında qaldı - Xəsarət alanlar var
- Fəhlə torpaq uçqunu altında qalaraq öldü
- Fəhlənin ölməsi ilə bağlı cinayət işi açıldı
- Fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb
- Fəhlə işlədiyi evdən oğurluq etdi - FOTO
- Fəhlə iş zamanı qəfildən öldü
- Fəhlə hündürlükdən yıxılaraq öldü