Siyasi partiyalara 1 miyona yaxın vəsait ayrılıb
12:43 29 Aprel 2021
Azərbaycanda bu il dövlət büdcəsindən siyasi partiyalara növbəti dəfə vəsait ayrılıb.
Bu barədə Femida.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, 2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.
Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır.
Femida.az
Oxunub: 598
Oxşar xəbərlər
- Siyasi partiyalar İlham Əliyevə təbrik məktubu göndərib
- Siyasi partiya rəhbərləri ilə görüş keçirilir
- Siyasi partiyalar düşmən təxribatına qarşı birləşdi - BƏYANAT
- Siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edəcək üzv müəyyənləşəcək
- Siyasi partiyalara verilən büdcə vəsaiti artırılsın - TƏKLİF
- Siyasi partiyalara 3 milyon manat ayrılacaq