Siyasi partiyalara 1 miyona yaxın vəsait ayrılıb


12:43     29 Aprel 2021 21_04_29_1619685832.jpg


Azərbaycanda bu il dövlət büdcəsindən siyasi partiyalara növbəti dəfə vəsait ayrılıb.

Bu barədə Femida.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 597