Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək


13:38     29 Aprel 2021 21_04_29_1619688795.jpg

Dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Femida.az -ın məlumatına görə, bu, "Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, dəyişiklik heyvanların dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyən edilməsinə hüquqi əsas yaradacaq.

Layihə Milli Məclisin Aqrar siyasət komitəsi bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.

Açar sözlər:

Oxunub: 396