Bakıda evdən 18 min manatlıq oğurluq edən keçmiş məhkumlar tutulub


13:59     29 Aprel 2021 21_04_29_1619689457.jpg

Bakıda mənzidlən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 13600 manat, 3000 rubl pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.Balakişiyev və V.Hacıyev müəyyən edilərək saxlanılıb.

Açar sözlər:

Oxunub: 467