Cozef Bayden İrana qarşı sanksiyaların bir qismini ləğv edəcək


14:26     29 Aprel 2021 21_04_29_1619690239.jpg

ABŞ Prezidenti Cozef Bayden administrasiyası keçmiş dövlət başçısı Donald Trampın hakimiyyəti zamanı İrana qarşı sanksiyaların əhəmiyyətli qismini ləğv etmək niyyətindədir.

Femida.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Cozef Bayden İranın nüvə proqramı ilə birbaşa əlaqəsi olmayan sanksiyaları ləğv edəcək. Bu halda İran beynəlxalq bank və kredit sistemi ilə əlaqəni bərpa edə bilər.

Məlumata görə, ABŞ-ın Yaxın Şərq üzrə koordinatoru Brett Makqerkin başçılığı altında nümayəndə heyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misirə səfər edəcək. Səfər zamanı amerikalı təmsilçilər İranın nüvə danışığına qayıtması ilə bağlı müttəfiqlərinin narahatlığını müzakirə edəcəklər.

Açar sözlər:

Oxunub: 264